İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

Hazırda oxunan: İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

632233

Pakistanın keçmiş baş naziri İmran Xan həbsxanadan “Shifa International” xəstəxanasına köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Bundan əvvəl Pakistan Ali Məhkəməsi hakimiyyət orqanlarına İmran Xanın tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya köçürülməsi barədə göstəriş verib.
 

Xanın xəstəxanaya gətirilməsindən əvvəl tibb müəssisəsində ciddi təhlükəsizlik tədbirləri görülüb. Xəstəxananın ətrafına çoxsaylı polis əməkdaşları yerləşdirilib.


Qeyd edək ki, fevral ayında keçmiş baş nazirin vəkilləri onun səhhəti ilə əlaqədar həbsdən azad edilməsi barədə məhkəməyə müraciət etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin