Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Hazırda oxunan: Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

632169

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan "Tofaş" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Tofaş" markalı minik maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.


Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin