Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Hazırda oxunan: Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

632202

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.
 

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.


Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin