Paytaxt sakini Bədəlov Sərxan Ziyafəddin oğlu Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.xa0
Müraciətdə Yasamal Rayon 29 - cu Polis Bölməsində ciddi təzyiqlərə məruz qaldığını iddia edən S. Bədəlov R. Usubovdan bu təzyiqlərə son qoyulmasını, onunla bağlı məsələnin obyektiv şəkildə araşdırılmasını xahiş edib:
“Cənab nazir!
xa0Sadə bir Azərbaycan vətəndaşı olaraq nəzərinizə çatdırıram ki, Yasamal Rayon 29 - cu Polis Bölməsində böyük haqsızlıqlara məruz qalmışam. Bu haqsızlıqların miqyası o qədər böyük olub ki, sonda çıxış yolu kimi intihara əl atmışam.xa0
Nəzərinizə çatdırıram ki, ailəmlə aramda olan münaqişədən sonra bir qadınla tanış oldum və bir müddət sonra onunla bir yerdə yaşamağa qərar verdik. 6 ay bir yerdə yaşadıq. 6 ay ərzində xa0bu qadının davranışları, özünü aparmaq tərzi xoşuma gəlmədi. Buna görə də ailəmlə barışıb doğmalarımın yanına qayıtmağa qərar verdim. Bu qadına da öz niyyətimi açıq şəkildə söylədim. Dedim ki, məni narahat etmə. Mən ailəmin yanına qayıdıram.xa0
Bundan sonra bu qadın məni şantaj eləməyə başladı. Bildirdi ki, əgər ailənin yanına qayıtsan səndən Yasamal Rayon 29-cu Polis Bölməsinə şikayət edəcəm. Bildirəcəm ki, sən mənim qızıllarımı aparmısan, evimdən oğurluq etmisən, üzərimə borc yığıb getmisən. Vəziyyətin çıxılmaz olduğunu görüb onu aldatmağa məcbur oldum. Dedim ki, onda evə gedim, paltarlarımı götürüm gəlim, gedək zaksa”x9d.
Rəis “hərləməyən”x9d baş təhqiqatçı
S.Bədəlovun sözlərinə görə, bundan sonra evə gələrək öz əvvəlki həyatına davam etməyə qərar versə də, sözügedən qadının polisə şikayəti onun sakit həyatını pozub:
“Evə gəldim, telefonumu söndürdüm, özümə təzə nömrə aldım. Bir müddət keçdi. Mənim yeni nömrəmi tapdı. Mənə zəng edərək ünvanıma təhqiramiz sözlər yağdırmağa başladı. Anamın, yoldaşımın ünvanına kobud ifadələr işlətdi. Mənə hədə-qorxu gəldi. Onun zəngindən bir saat sonra mənə təhqiqatçı zəng etdi. Zəng edən şəxs dedi ki, sizinlə danışan 29-cu polis bölməsindən mayor İlham Hacıyevdir. O bildirdi ki, sizdən şikayət ərizəsi daxil olub, zəhmət olmasa bölməyə yaxınlaşın. Mən dərhal bir taksiyə oturub bölməyə gəldim. İ.Hacıyev görüş əsnasında bildirdi ki, səndən şikayət var. Filankəsin evinə girib onun qızıllarını oğurlamısan, onu döymüsən. Ekspertizada həmin qadının bir tanışı çalışır. Həmin şəxs də götürüb avqustun 25-də xa0işlə bağlı rəy verib. Rəydə göstərib ki, guya mən bu qadını döymüşəm. Halbuki, mən avqustun 25-də öz ailə üzvlərimlə bir yerdə olmuşam. Mən təhqiqatçıya bilirdim ki, bu, yalan informasiyadır. Mən həmin tarixdə ailəmin yanında olmuşam. Təhqiqatçı mənə hədə-qorxu gəlməyə başladı. Mən soruşdum ki, məni qızıl oğurlamaqda, adam döyməkdə ittiham edirsiniz. Əlinizdə bir sübutunuz, şahidiniz var? İ.Hacıyev qeyd etdi ki, mənim şahidə, sübuta ehtiyacım yoxdur. Mən özüm sənə bunu sübut edəcəm. Mən bildirdim ki, Faiq Hüseynovun yanına gedək, mən hər şeyi ona danışmaq istəyirəm. Ona əməkdaşlarının qanunsuz davranışından şikayət edəcəm. Lakin İ.Hacıyev bildirdi ki, mən nə rəis, nə də rəis müavini “hərləmirəm”x9d. Mən özüm özümün rəisiyəm”x9d.
Polisin “butulka”x9d vədi
Vətəndaşın bildirdiyinə görə, 29-cu polis bölməsində o, zorlanmaq, “butulka”x9d üstündə otuzdurulmaqla hədələnib:xa0
“Mənə bildirdilər ki, səni zorladar, “butulka”x9dnın üstündə oturdarıq. Mən təzyiqlərə son qoyulmayacağı təqdirdə intihar edəcəyimi bildirdim. Lakin buna da kimsə əhəmiyyət vermədi.xa0
Bu hadisənin üstündən bir neçə gün keçsə də özümə gələ bilmirdim. Mənim vəziyyətim evdəkilərin də nəzərindən qaçmadı. Onlar məndən bunun səbəbini souşanda mən yoldaşıma hər şeyi açıb dedim və bildirdim ki, intihar edəcəm. O, məni bu fikrimdən daşındırmağa çalışdı. Səhərsi gün başıma gələnləri anama danışdım. Daha sonra Günəş Petroldan benzin aldım. Bundan sonra biz 29-cu polis bölməsinə gəldik. Mən növbətçi hissədəki polis əməkdaşına bildirdim ki, rəislə görüşmək istəyirəm. O, isə bildirdi ki, rəis məşğuldur, çıx çöldə gözlə. Məni zorla polis bölməsindən çölə çıxartdılar. Mən vəziyyəti belə görüb qaça-qaça rəisin otağına çıxdım. İçəri girəndə gördüm ki, otaqda bir nəfər əyləşib, rəis özü isə telefonla danışır. O, mənə bildirdi ki, vətəndaş, otur gözlə, səni dinləyəcəm. Koridorda başa düşdüyüm qədəri əməliyyatçı olan şəxslər mənə yenə fiziki təzyiq göstərməyə başladılar. Mən çıxılmaz vəziyyətdə qalıb lezva ilə qolumu doğradım və rəisin otağına girdim.xa0
F.Hüseynova dedim ki, oturmusunuz burda, əməkdaşlarınız rüşvətlə məşğuldur, hara baxırsınız? O, bildirdi ki, heç nədən xəbərim yoxdur. Daha sonra o, aşağı düşüb öz əməkdaşını danladı ki, ərizə haqqında niyə mənə məruzə etməmisən? O isə bildirdi ki, qız ekspertizaya gedib, oradan kağız gətirməlidir. Mən hər kəsin yaxasını məsuliyyətdən kənara çəkdiyini, mənə qarşı münasibətin dəyişilmədiyini görüb benzini üstümə töküb özümü yandırdım. Məni təcili yardım maşını ilə xəstəxanaya gətirdilər. Polislər də bizimlə gəldi”x9d.xa0
Polisdən xəstə vətəndaşa xəstəxana qadağası
S. Bədəlovun sözlərinə görə, polis əməkdaşları onun xəstəxanada yatmasına da icazə verməyib:
“Orada polislər nə etdilərsə, məni xəstəxanada yatmağa qoymadılar. Mənə polis əməkdaşları dedilər ki, Yasamal Rayon Polis İdarəsinin rəisi Ələkbər müəllim səninlə görüşmək istəyir. Ayaq üstə dura bilməsəm də məni öz maşınlarına otuzdurub bölməyə gətirdilər. Orda isə mənə məsləhət gördülər ki, “problem yaratma”x9d, çıx get evə.xa0
Cənab nazir!
xa0Mən 29-cu polis bölməsində fiziki zorakılığa məruz qalmışam. Mənə yumruq atdılar. Başımı vedrənin içinə soxdular. Şalvarımı, köynəyimi cırdılar. Mənə qarşı polis əməkdaşları tərəfindən təzyiq və zorakılıq sərgilənir”x9d.
Heydər Əliyev Fondu qarşısında intihar hazırlığı
S.Bədəlovun bildirdiyinə görə, onunla bağlı yaşanan haqsızlıqlar anasını da intihar həddinə gətirib çıxarıb:
“Baş verənlərdən bütün ailəmiz, eləcə də anam ciddi narahatdır. Anam bildirir ki, əgər bu iş bağlanmasa, o zaman Heydər Əliyev Fondunun qarşısında özümü yandıracam.xa0
29 - cu Polis Bölməsi məni elə vəziyyətə gətirib ki, Azərbaycandan çıxıb getmək istəyirəm. İ. Hacıyev məndən 2500 manat pul istəyir. Mən neyləmişəm ki, özümü günahkar hiss edib kiməsə 2500 rüşvət verim?xa0
Cənab nazir, Sizdən bütün bu haqsızlıqlara son qoyulması üçün ciddi tədbir görməyinizi xahiş edirəm. Əks təqdirdə mənim də, anamın da intihardan başqa çıxış yolumuz qalmayacaq”x9d.
Redaksiyadan: Biz hər zaman cəmiyyətdə, dövlət qurumlarında yaşanan çeşidli problemləri ictimailəşdirərək onların həllinə töhfə verməyə tələsdik. Bu ilin yayında prezident İlham Əliyevin ictimai nəzarətin əhəmiyyəti barədəki fikirləri və jurnalistlərdən bir dostu kimi ona kömək etməyimizi istəməsi bizlərə daha böyük güc verib. Eyni zamanda etiraf edək ki, daxili işlər naziri Ramil Usubov Moderator.az - da DİN - lə bağlı gedən bütün materiallara operativ və səmimi reaksiyası ilə hər zaman bizi məmnun edib. Ona görə də ümid edirik ki, hörmətli nazir bu dəfə də məsələyə operativ reaksiya verəcək və vətəndaşımızın hüquqları iddia edildiyi kimi pozulubsa, təqsirkarları qanunlarımızın imkan verdiyi ən sərt şəkildə cəzalandıracaq.xa0







































































































