Məcburi köçkünlərin evinə basqın: 1 milyon pul aparılıb

Hazırda oxunan: Məcburi köçkünlərin evinə basqın: 1 milyon pul aparılıb

60768
Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları aparılıb

Şəmkir rayonunda evə basqın olub. Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 7-də saat 1 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər - 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib.
 
Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparan silahlılar ev sahibinə, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.
 
Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb.
 
Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Silahlı basqını törədənlərin tapılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin