Gəncə polisində özbaşınalıqla bağlı şok iddia...- VİDEO

Hazırda oxunan: Gəncə polisində özbaşınalıqla bağlı şok iddia...- VİDEO

47887
Bu gün Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin qarşısında yüzlərlə Samux sakinləri etiraz aksiyası keçiriblər. Etiraza səbəbsə Gəncə-Samux marşrutu ilə hərəkət edən sərnişin daşıyan sürücünün Gəncə post patrul xidmətinin əməkdaşı tərəfindən döyülməsi olub.

Moderator.az-ın əməkdaşına video müsahibə verən Bayram Tağıyev həmkəndlisi Həsənov Adil Namiq oğlunun mikroavtobusla sərnişin daşıyarkən bir nəfər xanım ona maşını yüksək sürətlə sürməsinə etiraz etməsini deyib. Bildirib ki, xanım sərnişin Samux rayonu ərazisindən Kəpəz rayon Polis İdarəsdinin Post Patrul Xidmətində (PPX)  xidmət keçən yaxın qohumuna mobil telefon vasitəsi ilə zəng edərək məlumat verib. Kəpəz Polis İdaərəsinin xidmət sahəsi Samux rayonu ilə həmsərhəd olduğundan PPX-nin əməkdaşı hadisə yerinə xidməti maşını ilə gələrək sürücü A.Həsənovu polis yoldaşları ilə döyərək Kəpəz rayon Polis İdarəsinə gətiriblər. Polis İdarəsində isə sürücü bir daha digər əməkdaşlar tərəfindən döyülüb. Bu hadisəni eşidən sürücünün Samux rayonunun Qarayeri qəsəbəsində yaşayan qohumları Kəpəz Polis İdarəsinin qarşısına toplaşaraq baş verən özbaşınalığa etiraz ediblər. 

Gəncə Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanovun qudası, polis polkovniki Ağahüseyin Məmmədov idarə qarşısında etiraz edən Samux sakinlərinə də zor tətbiq edib. Özbaşınalığa etiraz edən sürücünün atası və əmisinin də polis söbəsində sorğu-suala tutulduğu bildirilir. Hal-hazırda sürücü Adil Həsənov bədənində çoxsaylı qançırlar olduğundan Kəpəz polisi ona sutkalıq həbs verdirmək fikirində olduğu da deyilir...
 

2004-cü ildə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini olduğu kimi oxuculara təqdim edirik: 

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi 

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.  
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.  
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər. 

Beləliklə, qanunda yazılanlar göz önündə, səlahiyyətlilər qanunu pozmaq istəmirlərsə tədbir görməlidirlər...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin