"Sərkisyan danışıqları yubatdıqca vəziyyəti daha da gərginləşdirir"

Hazırda oxunan: "Sərkisyan danışıqları yubatdıqca vəziyyəti daha da gərginləşdirir"

145776
Serj Sərkisyan danışıqları yubatdıqca ölkədki vəziyyəti daha da gərginləşdirir.

Moderator.az xəbər verir ki, belə bir bəyanatla radikal müxalifətin lideri, hazırda həbsdə olan Jiryar Sefilyan “Azadlıq”x9d radiosuna açıqlamasında deyib.

J. Sefilyan “Sasna çrer”x9d qruplaşmasının Post-Patrul Xidməti Alayının binasını zəbt edənlərlə bağlı bir daha mövqeyini açıqlayıb. Öz vəkili Ara Zakaryan vasitəsi ilə Serj Sərkisyan hakimiyyətinə ünvanladığı müracitədə deyib ki, ilk gündən bu məsələnin qansız və danışıqlar yolu ilə həll olunmasına hazır olduğumu bəyan etmişəm: 

“Ümid edirəm ki, hakimiyyət vəziyyətin mürəkkəbliyini nəzərə alaraq tez bir zamanda danışıqlar masasına əyləşəcək. Mən indidən danışıqların nədən ibarət olduğunu açıqlayıb, onlara zərər verilməsini istəmirəm.
Bizim məsələnin sülh yolu ilə həll olunması üçün aydın siyasi proqramımız var. Görünən isə ondan ibarətdir ki, hakimiyyət danışıqları uzatmaqla vəziyyəti gərginləşdirir. Hansı ki, bu da yeni qarşıdurmalara gətirib çıxaracaq. Nəticədə yeni yaralılar və ölüm hadisələri baş verəcək. Bunun da məsuliyyəti hakmimiyyətin üzərinə düşəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin