Azərbaycanda 15 ton narkotik ələ keçirildi

Hazırda oxunan: Azərbaycanda 15 ton narkotik ələ keçirildi

142820
Polis tərəfindən respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirilib.
 
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin