“Rusiya ərazisində Yamaldan Qərbi Sibirədək yerləşən obyektlər artıq Ukraynanın zərbələrinin çatma məsafəsindədir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr-oktyabr aylarında həyata keçirilən uzaqmənzilli hücumların nəticələri ilə bağlı məruzəni dinlədikdən sonra bildirib.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları və raketlərinin Rusiyanın daha uzaq ərazilərinə çata bilməsi istiqamətində iş aparır.
Zelenski gələcək zərbələrin əsas istiqamətlərinin də müəyyənləşdirildiyini qeyd edib. Bu məqsədlə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU), xüsusilə “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin, kəşfiyyat strukturlarının və digər müdafiə qüvvələrinin imkanları genişləndiriləcək.
Ukrayna lideri vurğulayıb ki, ölkənin uzaqmənzilli zərbə imkanları hazırda müstəqilliyin təminatlarından biridir və müharibə başa çatdıqdan sonra da uzunmüddətli təhlükəsizlik zəmanətinə çevrilməlidir.
Zelenski bu gün müvafiq silahların istehsalçıları ilə də danışıqlar aparıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:18 / 30.10.2026
Ukrayna Rusiyanın daha uzaq ərazilərini hədəfə almağa hazırlaşır
Hazırda oxunan: Ukrayna Rusiyanın daha uzaq ərazilərini hədəfə almağa hazırlaşır
Hazırda oxunan: Ukrayna Rusiyanın daha uzaq ərazilərini hədəfə almağa hazırlaşır
645187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































