Sabah Şahbuzda işıq olmayacaq

Hazırda oxunan: Sabah Şahbuzda işıq olmayacaq

645194

Sabah Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Qeyd edilib ki, 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

“Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin