Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo və Joao Feliksin noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına hazırlıq prosesinə qoşulması üçün “Əl-Nəsr” klubuna rəsmi müraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ariyadhiah” nəşri məlumat yayıb.
Federasiya hər iki futbolçunun milli komandanın düşərgəsinə buraxılmasını istəyib.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 14-də Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka, noyabrın 17-də isə 6-cı tur çərçivəsində Uelslə qarşılaşacaq. Komandaya Jorje Jezuş rəhbərlik edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:36 / 30.10.2026
"Əl-Nəsr"dən Ronaldonu istədilər
Hazırda oxunan: "Əl-Nəsr"dən Ronaldonu istədilər
Hazırda oxunan: "Əl-Nəsr"dən Ronaldonu istədilər
645189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































