Azərbaycanın Londondakı səfirliyinin qarşısında təxribat - Video

Hazırda oxunan: Azərbaycanın Londondakı səfirliyinin qarşısında təxribat - Video

645212

Azərbaycanın Londondakı səfirliyinin qarşısında təxribat xarakterli aksiya təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyada iştirak edən 10-15 nəfərlik qrupun əlində İran bayraqları, eləcə də bu ölkənin ilk ali rəhbəri Ruhullah Xomeyninin portretləri olub.

Əksəriyyəti qadınlardan ibarət olan aksiya iştirakçıları səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirərək, guya Azərbaycanda hicab taxdığına görə təzyiqlərə məruz qalanların olduğunu iddia ediblər.

Qeyd olunub ki, aksiya iştirakçıları dini şüarlardan və siyasi simvollardan istifadə etməklə Azərbaycanın daxili siyasəti ilə bağlı məsələlərdə manipulyasiya etməyə cəhd göstəriblər.


Azərbaycanın Londondakı səfirliyinin qarşısında təxribat - Video - foto 1
Azərbaycanın Londondakı səfirliyinin qarşısında təxribat - Video - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin