Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var - Foto

Hazırda oxunan: Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var - Foto

645208

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin