ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda başa çata biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Kanzas-Sitidə fəaliyyət göstərən KCMO radiostansiyasına müsahibəsində danışıb.
“Bütün bunlar tezliklə başa çatacaq”, – deyə Tramp bildirib.
Amerika lideri bununla yanaşı, Vaşinqtonun İranın heç vaxt nüvə silahına malik olmayacağına dair təminatlara ehtiyac duyduğunu vurğulayıb.
Tramp ABŞ-nin seçkilər keçirilənədək İrana zərbələr endirməyəcəyini də bəyan edib. Lakin o, münaqişənin konkret nə vaxt və hansı mexanizmlə başa çatdırılacağı barədə açıqlama verməyib.
Qeyd edək ki, son həftələrdə Tramp ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatları tezliklə başa çatdıracağını dəfələrlə bildirib.
Bunun diplomatik yolla, yoxsa hərbi əməliyyatların davam etdirilməsi ilə həyata keçiriləcəyini isə dəqiqləşdirməyib.
Bizim.Media





























































































