“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazandı

Hazırda oxunan: “Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazandı

645181

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşvilidən üstün olub.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) qızıl, Rəşad Yelkiyev (66 kiloqram) isə bürünc medal əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin