Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

Hazırda oxunan: Kremlin İDDİASI: Ukraynanın zərbə potensialı azalıb

641754

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərbi obyektlərə endirdiyi zərbələrdən danışıb.

Bizim.Media xəbər verir ki, Peskov Rusiya mətbuatına verdiyi açıqlamasında bildirib ki, Ukrayna rəhbərliyinin zərbə potensialı günbəgün azalır.
 

Kreml rəsmisinin sözlərinə görə, buna səbəb Rusiya ordusunun Ukraynada raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı, yığılması və komponentlərinin saxlanıldığı obyektləri hədəf almasıdır.


Peskov bu kimi zərbələrin davamlı olaraq vurulduğunu və qarşı tərəfin hərbi imkanlarını zəiflətdiyini iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin