Ekstremal istilər hamilə qadınlar və yeni doğulan körpələr üçün getdikcə daha böyük risk yaradır.
Bizim.Media xəbər verir ki, BMT-nin iqlim məsələləri üzrə rəhbəri Saymon Stiell bunu Ficidə keçirilən “pre-COP” sammitində bildirib.
Stiell qeyd edib ki, beş qitədə 1000 mama və həkim arasında aparılan sorğuda respondentlərin üçdə ikisindən çoxu son beş ildə güclü istilərin yaratdığı fəsadlarla qarşılaşdıqlarını deyib.
Təxminən üçdə biri isə aşağı doğum çəkisi, inkişafın məhdudlaşması, qidalanma çətinlikləri və susuzlaşma hallarını ekstremal istilərlə əlaqələndirib.
BMT rəsmisi bildirib ki, iqlim dəyişikliklərinin yaratdığı yüksək temperatur hamiləlik zamanı vaxtından əvvəl doğuş, ölü doğuş, aşağı doğum çəkisi və ana sağlamlığı ilə bağlı daha çox əlaqələndirilir.
Alimlərin məlumatına görə, iqlim dəyişiklikləri ekstremal hava hadisələrini gücləndirir və temperatur rekordlarının daha tez-tez yenilənməsinə səbəb olur.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:05 / 06.10.2026
BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO
Hazırda oxunan: BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO
Hazırda oxunan: BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO
640637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































