Kreditlərlə bağlı YENİ MODEL – Ödəniş aybaay azalacaq

Hazırda oxunan: Kreditlərlə bağlı YENİ MODEL – Ödəniş aybaay azalacaq

620707

Kredit əksər insanların həyatının bir parçasıdır. Əksər sosial problemimizi məhz kreditlər hesabına ödəyirik.

Zərurət səbəbindən isə heç zaman seçimlərə baxmırıq və bankın diqtəsi ilə hərəkət edirik. Bizim ehtiyac zərurətimizi görən bank isə istədiyi şərtləri irəli sürür və biz də bununla barışmaq məcburiyyətində qalırıq.

Bəs, hansı kredit növləri var?
 

MÖVZU İLƏ BAĞLI:

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR


Ənənəvi bankçılıqda annuitet və diferiansial kredit növləri var.

Annuitet kredit növü borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ-kredit + faiz ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Statistikaya görə, təxminən 80% ölkədə, o cümlədən ABŞ, Türkiyə, Gürcüstan kimi dövlətlərdə kreditlər məhz annuitet üsulu ilə verilir.

Kreditin bağlanmasının digər üsulu diferensial ödənişdir. 

Bu zaman biz faizləri borcun qalan məbləğinə görə ödəyirik. Diferensial ödəniş zamanı sizin aylıq ödənişləriniz məbləği kredit müddətinin sonu yaxınlaşdıqca azalmağa doğru gedəcək. Çünki siz faizlər borc məbləğinin qalıq hissəsinə görə ödəyəcəksiniz. Məsələn siz borcun 80%-ni ödəmisinizsə, onda qalan 20%-ə görə hesablanan borcu ödəyirsiniz.

Bu metod Rusiya, Fransa kimi ölkələrdə tətbiq olunur və ödənişlərin məbləği zaman keçdikcə azalmaqla borcun qaytarılmasını nəzərdə tutur.

Banklar üçün annuitet ödənişinin tətbiq edilməsi daha sərfəlidir.

Çünki bu zaman onlar faizlərdən daha çox mənfəət qazanırlar. Borcalanlar üçün isə annuitetin təqdim etdiyi yeganə üstünlük,  aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar konkret olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu hər ay fərqli məbləğ ödəməkdən daha asandır.
 

Maraqlıdır ki, Azərbaycanda əsasən annuitet kredit növündən istifadə edilir. Bu ödəniş sistemininsə mənfi və müsbət tərəfləri var.


Müsbət tərəfi odur ki, bu kredit növündə borc aylar üzrə bərabər bölünür və müştəri müqavilə müddətində hər ay nə qədər borc ödəyəcəyini dəqiq bilir. Eyni zamanda, müqavilə müddətində borc bərabər ödəniş qaydasında geri qaytarılır.

Lakin bu kredit növünün mənfi tərəfi odur ki, bank öz qazancını, yəni faizləri ilk aylara hesablayır. Yəni, ilk dövrdə bank öz qazancını götürür. Müştəri müqavilə müddətindən tez borcunu bağlamaq istəsə  belə o praktik cəhətdən heç nə qazanmır. Çünki son aylara qalan əsasən əsas borc olur.

Diferensial kredit növünün üstünlüyü isə odur ki, müştəri kredit borcunu nə qədər tez bağlasa bir o qədər qazanclı çıxır. Yəni daha az faiz ödəmiş olur.

Amma diferensial kredit növündə ilk aylarda ödənişlər kifayət qədər yüksək olur. Aybaay ödənişin həcmi azalır. İlk aylarda ödənişin yüksək olması da bir çox insanları diferensial ödənişdən imtinaya məcbur edir. Beləcə, insanlar daha çox faiz ödəməklə banklara daha çox xeyir vermiş olurlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin