Bu ilin yanvar-aprel aylarında Azərbaycan 40 min 527 ton xurma ixrac edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32 milyon 99 min ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 307 ton (11,5 %), dəyər baxımından isə, 847 min dollar (2,5 %) azdır.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:48 / 28.05.2026
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
Hazırda oxunan: Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
Hazırda oxunan: Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
615918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































