Kriptovalyuta bazarında son 24 saat ərzində aparıcı rəqəmsal aktivlərin əksəriyyətində dəyər itkisi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, CoinMarketCap platformasında ən iri kriptovalyuta hesab olunan Bitcoinin qiyməti sutka ərzində 0,48 faiz geriləyərək 76 585 ABŞ dolları səviyyəsinə düşüb. “Ethereum” da ucuzlaşıb və 0,14 faiz azalma ilə 2 091 ABŞ dollarına enib.
Qızıla bağlı aktivlər seqmentində isə artım müşahidə olunub. Belə ki, “PAX Gold”un (PAXG) dəyəri 0,11 faiz yüksələrək 3 346 ABŞ dollarına, “Tether Gold”un (XAUT) qiyməti isə 0,09 faiz artaraq 3 340 ABŞ dollarına çatıb.
Ən çox kapitala malik ilk on kriptovalyuta sırasında “BNB” 0,22 faiz, “Bittensor” (TAO) isə 2,15 faiz bahalaşıb. Bununla yanaşı, “Zcash” 4,81 faiz, “Monero” isə 3,70 faiz dəyər itirib.
Ümumilikdə qlobal kriptovalyuta bazarının kapitallaşması 0,31 faiz azalaraq 2,56 trilyon ABŞ dolları təşkil edib.
Bizim.Media




































































































