4 ayda Azərbaycan Gürcüstandan 50 milyon dollarlıq avtomobil idxal edib

Hazırda oxunan: 4 ayda Azərbaycan Gürcüstandan 50 milyon dollarlıq avtomobil idxal edib

614091

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50,2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37,18%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 537,3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6,94%-i Azərbaycanın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin