Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Hazırda oxunan: Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

612385

Qlobal əmtəə bazarlarında neft bahalaşmaqda davam edib.

Bizim.Media xəbər verir ki, Londonun “ICE” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,25% və ya 4,30 ABŞ dolları artaraq 1 barel üçün 105,59 ABŞ dolları olub.

Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 4,73% və ya 4,51 ABŞ dolları yüksələrək 1 barel üçün 99,93 ABŞ dollarına çatıb.

Analitiklərə görə, neft qiymətlərinin artımına ABŞ və İran arasında geosiyasi gərginliyin yenidən yüksəlməsi, eləcə də Yaxın Şərqdə təchizat risklərinin artacağına dair gözləntilər təsir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin