Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

610598

Yaxın Şərqdə cərəyan edən proseslər fonunda ABŞ dollarının mövqeyi daha da güclənməkdə davam edir. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2 faizdən rekord həddə - 51,1 faizə qədər yüksəlib.

Reytinqdə ikinci yeri tutan avro isə dollardan xeyli geri qalır. Belə ki, keçən ay avronun qlobal hesablaşmalardakı payı cəmi 21 faiz olub.

Bildirilir ki, dolların möhkəmlənməsi onun “təhlükəsiz liman” valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.

Yaranmış vəziyyətdə manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirib ki, son zamanlar dollardan istifadə ümumən artsa da, amma ABŞ valyutası digər ölkə valyutalarına münasibətdə hələ də öz mövqeyini geri qaytara bilmir:

“Dollar ödəniş, hesablaşma vasitəsi kimi bir qədər artıb. Bu da təlütümlü dövrlərdə dolların bir nömrəli ehtiyat valyutası olmasından qaynaqlanır. Ona görə də hazırda ondan istifadə əvvəlki dövrlə müqayisədə artıb. Amma yığım, investisiya kimi dolların mövqeyi heç də güclənməyib. Böyük ehtimalla ödənişlərdə də dolların rolunun dəyişəcəyi gözlənilir. Bir çox dövlət və investorlar gözləmə mövqeyindədir”.

Ekspertin sözlərinə görə, dollarla bağlı baş verənlərin manatın məzənnəsinə heç bir təsiri olmayacaq:

“Azərbaycan manatı dollara bağlıdır. 2017-ci ilin fevralından üzü bəri dolların manata nisbətdə məzənnəsi 1 manat 70 qəpik olaraq qalmaqdadır. Yəni sabit olaraq qalır.  Belədə mövcud vəziyyətdə də manatın dollara nisbətdə məzənnəsi dəyişməyəcək. Neftin qiyməti də yüksəlir. Deməli, valyuta ehtiyatlarımız da sabitdir. Bu baxımdan manat üçün hər hansı bir problem yoxdur. Ən azından cari ildə manatı hansısa bir mənfi hadisələr gözləmir”.

Həmsöhbətimizin fikrincə, uzun müddətli perspektivdə isə dolların mövqeyi zəifləməkdə davam edəcək:

“Çünki ABŞ dünya lideri mövqeyini əldə verir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin