Xəbər verdiyimiz kimi, ABŞ dollarının məzənnəsi əsas valyutalara qarşı mart ayının əvvəlindən bəri ən aşağı səviyyəyə enib. Valyuta bazarlarında isə avro qısa müddət ərzində 1,18 dollar səviyyəsini keçərək ardıcıl doqquzuncu gün yüksəliş trendini davam etdirib. Funt sterlinq də bahalaşaraq 1,3569 dollar səviyyəsində ticarət olunub.
Qeyd edək ki, Azərbaycanda əhali arasında vəsaitlərini dollarda saxlayan şəxslərin sayı kifayət qədərdir. Digər tərəfdən manatın məzənnəsi dollara indeksasiya olunub.
Bəs, dolların ucuzlaşması fonunda ideal saxlanc vasitəsi hansıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirib ki, ən yaxşı saxlanc aləti qızıldır:
“İndi olduğu kimi, gələcəkdə də kağız pullar ucuzlaşmaqda davam edəcək. Bu vəziyyət özünü xüsusən də dollara münasibətdə göstərəcək. Buna görə də imkanı olanlar vəsaitlərini qızılda saxlasalar, daha yaxşı olar”.
Lakin ekspertin fikrincə, bu elə də asan məsələ deyil:
“Qızılı harda saxlamaq məsələsi də problemlidir”.
Vəsaitlərini kağız pulda saxlamaq istəyənlərə isə həmsöhbətimiz tövsiyə edir ki, onu bir neçə valyuta arasında bölüşdürsünlər:
“O cümlədən dollarla. Çünki manat dollara bağlanılıb. Dünyada dollar ucuzlaşsa da, manata münasibətdə sabit qalmaqdadır. Eyni zamanda, riskləri kompensasiya etmək üçün avro, İsveçrə frankı, funt sterlinqdə də saxlamaq olar”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 18.04.2026
Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ
Hazırda oxunan: Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ
Hazırda oxunan: Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ
607818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































