Azərbaycanda median aylıq kirayə haqqının miqdarı açıqlanıb

Hazırda oxunan: Azərbaycanda median aylıq kirayə haqqının miqdarı açıqlanıb

606891

Azərbaycanda median aylıq kirayə haqqı 1 002 manat olub.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda əksini tapıb.
 

Qeyd olunub ki, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir.


Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin