ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Hazırda oxunan: ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

606885

Dünya bazarlarında püstənin qiyməti son səkkiz ilin maksimumuna - hər funt (təxminən 0,454 qr) üçün 4,57 dollara (təxminən 7,76 AZN) çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri “Expana Markets”ə istinadən məlumat yayıb.

Məlumata görə, cərəzin qiymətinin artması ABŞ-İran münaqişəsinin fonunda baş verib.

“Expana Markets”in analitiki Nik Moss qeyd edib ki, İran dünyanın ikinci ən böyük püstə ixracatçısıdır və qlobal tədarükün üçdə birini təmin edir:

“Problemlər münaqişədən əvvəl də başlamışdı, çünki 2025-ci ildə gözləniləndən az məhsul yığılmışdı və İranda daxili siyasi qeyri-sabitlik müşahidə olunurdu”.

Digər bir amil Dubayda istehsal olunan və böyük məşhurluq qazanan püstə ilə doldurulmuş şokolada (Dubay şokoladı) tələbatın artması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin