Azərbaycan xarici
ölkələrə yumurta ixrac etməyə hazırlaşır.Hazırda bu
istiqamətdə bir sıra ölkələrlə danışıqlar aparılır. Kənd Təsərrüfatı Nazirliyi
heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin
müdiri Çingiz Fərəcov «APA-Economics»ə bildirib ki, indi bu məsələ ilə bağlı
Qazaxıstan, Gürcüstan, Tacikistan və Türkmənistanla danışıqlar gedir.
«Hazırda bizdə
təxminən 16 mln. ədəd yumurta var. Yay ayları olduğu üçün yumurtaya tələbat çox
deyil. Ona görə də biz bu məhsulu xaricə satmaq istəyirik», - deyə Ç.Fərəcov
açıqlayıb.
Onun sözlərinə görə,
payızın gəlməsi ilə əlaqədar olaraq, yəni havalar soyuduqca yumurta istehsalı
da azalır: «Əgər may ayında bir toyuq 30 yumurta verirsə, indi bu rəqəm 12-yə
düşüb, dekabrda isə 5-6-ya düşəcək. Bu, fizioloji prosesdir»
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.