«Azərbaycan Hava
Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə gündəlik uçuşlara başlayıb.
Moderator.az Economics»in məlumatına görə,
Bakı-Gəncə-Bakı reysləri həftənin bütün günləri «Embraer-170» tipli
təyyarələrlə həyata keçirilir: «Eyni zamanda, region sərnişinlərinə daha
komfortlu şərait yaratmaq məqsədi ilə AZAL həftədə 3 dəfə Gəncə-Naxçıvan-Gəncə
reyslərini də həyata keçirir».
Qeyd edək ki, Bakı-Gəncə aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 30
manat, Gəncə-Naxçıvan üzrə isə 39 manat təşkil edir.



























































































