İlham Əliyev Şəkiyə 2,5 milyon manat ayırdı

Hazırda oxunan: İlham Əliyev Şəkiyə 2,5 milyon manat ayırdı

32393

Prezident İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə sərəncam verib. Sərəncama görə, 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılıb. 
Vəsait on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə verilib. 
Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin