Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Hazırda oxunan: Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

625251

Ermənistanda doğum göstəricilərində ciddi eniş müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Əmək və Sosial Məsələlər Nazirliyində keçirilən iclasda nazir Arsen Torosyan bildirib ki, 2023-cü ildə respublikada 36 590 uşaq dünyaya gəldiyi halda, 2024-cü ildə bu rəqəm 33 593-ə, ötən il isə 32 042-yə düşüb.

Nazirin fikrincə, bu tendensiyanı dəyişmək və doğum səviyyəsini stimullaşdırmaq üçün yeni dövlət dəstəyi proqramlarının tətbiqi vacibdir.

Qeyd edək ki, Nikol Paşinyan hələ dörd il əvvəl hökumətə ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün proqramlar hazırlamağı tapşırıb. Bu təşəbbüsün əsas məqsədi 2050-ci ilə qədər Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin