Ərdoğan Qətərə gedir

Hazırda oxunan: Ərdoğan Qətərə gedir

625279

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin 18 il ərzində ölkəni idarə etmiş keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya yola düşüb.

Bizim.Media xəbər verir ki, səfərlə əlaqədar prezident vəzifəsini vitse-prezident Cövdət Yılmaz icra edəcək.

Xatırladaq ki, Şeyx Həməd bin Xəlifə Al Tani 1995-2013-cü illər arasında Qətəri idarə edib.

2013-cü ilin iyununda taxt-tacını könüllü olaraq oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd Al Taninin xeyrinə tərk edib.

74 yaşında vəfat edən əmir Dohadakı "Lusail" qəbiristanlığında dəfn olunub.

Ölkədə dörd günlük matəm elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin