SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq

Hazırda oxunan: SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq

169239
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək beynəlxalq şirkət yaratmağı təklif edib.

Bunu xa0İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib.

Ə.Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb:xa0

“Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”x9d.

Ə.Kardor SOCAR-ın İrana neft mübadiləsi (neft svopu) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib.xa0

“Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”x9d.

Ə.Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran xa0qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq. (apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin