Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34.73 faiz azalıb.
Moderator.az azadliq.org-a istinadən xəbər verir ki, Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal əməliyyatları 1.03 faiz artsa da, ixrac əməliyyatları 48.73 faiz azalıb.
Əsas malların ixracında azalmalar belə olub:
Xam neft ”“ 53.01 %
Neft məhsulları ”“ 45.62%
Təbii qaz ”“ 27.11 %
Çay ”“ 36.17%
Bitki və heyvan mənşəli piy və yağlar ”“ 21.42%
Şəkər ”“ 5,58%
Spirtli və spirtsiz içkilər ”“ 17.84%
Plastmas və onlardan hazırlanan məmulatlar ”“ 29.17%
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri ”“ 49.47%
Qara metallar və onlardan hazırlanan məmulatlar ”“ 20.89%.
İxracda əsas mallardan kimya sənayesi məhsulları 20.69%, meyvə-tərəvəz ”“ 3.99%, alüminium və ondan hazırlanan məmulatlar 3.81% artıb.
İdxalda isə artım belə olub:
Ət ”“ 0.11%
Meyvə-tərəvəz ”“ 129.63%
Buğda ”“ 4.10%
Əczaçılıq məhsulları ”“ 18.74%
Oduncaq və ondan hazırlanan məmulatlar ”“ 79.66%
Qara metallar və onlardan hazırlanan məmulatlar ”“ 66.98%
Nəqliyyat vasitələri və onların hissələri ”“ 49.74%
Bir sıra məhsulların idxalında azalmalar da diqqət çəkir: süd ”“ 17.21%, kərəyağı ”“ 10.05%, şəkər ”“ 35.6 %, neft məhsulları ”“ 54% və s.





































































































