Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

Hazırda oxunan: Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu

641009

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni müqavilə imzaladıqdan sonra İngiltərə Premyer Liqasının ən yüksək maaş alan məşqçisi olub.

Bizim.Media xəbər verir ki, 44 yaşlı ispaniyalının yeni sözləşməsi 4 illik nəzərdə tutulub. 
 

“The Times”ın məlumatına görə, Arteta mövsüm ərzində təxminən 20 milyon funt sterlinq qazanacaq. Bonuslarla birlikdə onun illik gəliri 25 milyon funta çata bilər.


Əvvəlki müqaviləyə əsasən, mütəxəssis 12 milyon funt sterlinq maaş alırdı. Bonuslarla birlikdə bu məbləğ 15 milyon funt təşkil edirdi.

Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Ötən mövsüm komanda onun rəhbərliyi altında İngiltərə çempionu olub. Cari Premyer Liqa mövsümündə isə London klubu 12 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin