Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Hazırda oxunan: Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

641014

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri ölkələrinə geri qayıda bilmirlər.

Bizim.Media xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən sürücülər deyirlər ki, İrandan Azərbaycana müxtəlif şirkətlərin yükdaşımalarını həyata keçirirlər.
 

Məlumata görə, onlar bildirirlər ki, bir neçə ay əvvəl Hindistandakı şirkətlərdən birindən kermoqranit sifarişi həyata keçirən Emil Məsimovun konteyner dolu yüklərini nəqliyyat-ligistika şirkəti olan “Saba-Rah” şirkətinin sifarişi əsasında15 gün əvvəl BəndərAbbas limanından Bakıya çatdırıblar.


Onların sözlərinə görə, sifarişçi Emil Abbasov konteynerləri TIR-ın üzərindən çıxarıb və sürücülərə konteynerləri boşaltdıracağını bildirsə də, 15 günə yaxındır yüklər olduğu kimi konteynerdə saxlanılır.

Beləliklə, şikayətçilər sifarişçi Emil Məsimov ilə “Saba-Rah” şirkəti arasında yaranan problem səbəbindən çarəsiz vəziyyətdə qalıblar.

Sürücülərin sözlərinə görə, yüklər konteynerdən boşaldılıb geri gətirilmədiyinə görə, onlara şirkət tərəfindən cəza ödənişi yazılır. Onlar 15 günə yaxındır TIR-ın içərisində gecələdiklərini deyirlər.

Sifarişçi Emil Məsimov isə deyir ki, fevral ayında “Saba-Rah” şirkəti vasitəsilə Mundra şəhərindən hər birinin qiyməti 2260 dollar olmaqla 3 konteyner sifariş edilib. Lakin onun dediyinə görə, “Saba Rah” şirkəti konteynerlər üçün danışılan məbləğdən əlavə ödəniş tələb edib.

Emil Məsimov bildirir ki, “Saba-Rah” şirkəti ona dəymiş ziyanı ödəmədiyi halda konteynerlərdə olan yükü boşaltmayacaq.

İranın “Saba-Rah” logistika şirkəti ilə də əlaqə saxladıq.

Şirkət nümayəndəsi məsələyə belə aydınlıq gətirdi:

"Emil bəy pulu bizə yox, Hindistan şirkətinə ödəyib. Sadəcə olaraq, sürücüləri girov olaraq saxlayıb. Onun Elmir adında dostu var idi. Şirkətə 3300 dollar borcu var idi. 3300 dolları şirkət Emil bəydən tələb etdi. Emil bəy dedi ki, konteyner Azərbaycana gəlməsə, 3300 dolları verməyəcək. Konteyner Bəndər Abbasa çatdı və “Sabah-Rah” şirkəti konteynerlərin yol xərcini Emil bəydən tələb etdi. Emil bəy o pulu ödədi və indi konteyner Azərbaycandadır, amma o boşaltmır".

Şirkət nümayəndəsi məsələ ilə bağlı artıq aidiyyəti qurumlara da müraciət etdiyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin