Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Hazırda oxunan: Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

641008

Ukrayna Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlükdən başqa hər hansı alternativ formatı qəbul etməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, Kiyev Aİ-yə “yarımüzvlük” və ya digər hibrid üzvlük variantlarına qarşıdır.

 

“Biz çox sadə bir şeyi çatdırırıq: tamhüquqlu üzvlüyün heç bir əvəzedicisi ola bilməz. Xahiş edirik, “üzvlük” sözünə müxtəlif sifətlər əlavə etməyin, hansısa hibrid variantlar və ya Avropa İttifaqında yarımüzvlük təklif etməyin. Ukrayna bunu qəbul etməyəcək”, – deyə o bildirib.


Tixiy qeyd edib ki, Ukrayna Aİ-yə üzvlük üçün digər namizəd ölkələrlə, o cümlədən Moldova ilə birlikdə müraciət edib.

Onun sözlərinə görə, Kiyev üçün bu prosesdə həmin ölkələrdən ayrılmamaq son dərəcə vacibdir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Ukrayna və digər yeni üzvlərin Aİ-yə qoşulduqdan sonra ittifaqın vahid bazarına çıxışının müəyyən məhdudiyyətlərlə təmin edilməsini təklif edib.

Həmçinin iqtisadiyyat, daxili bazar, ədliyyə və daxili işlər sahələrində xüsusi qoruyucu tədbirlərin tətbiq müddətinin uzadılması planlaşdırılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin