Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Hazırda oxunan: Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

632318

Türk lirəsi avqustun sonuna doğru dollar qarşısında təzyiq altında qalmaqda davam edir.

Bizim.Media xəbər verir ki, USD/TRY məzənnəsi avqustun 21-də 48,06 səviyyəsinə yüksəlib. Bununla da lirənin son bir ayda dollar qarşısında ucuzlaşması təxminən 1,8%-ə, son 12 ayda isə 17,4%-ə çatıb.

Lirə üçün son həftənin əsas gündəmində isə Türkiyə Mərkəzi Bankının (TCMB) inflyasiya proqnozları və bazar iştirakçılarının məzənnə gözləntiləri dayanır.

TCMB avqustun 14-də açıqladığı bazar iştirakçıları sorğusunda 2026-cı ilin sonu üçün inflyasiya gözləntisini 29,43%-ə yüksəldib. Eyni sorğuda iştirakçıların ilin sonunda dolların 48,19 lirə, 12 ay sonra isə 51,66 lirə olacağını gözlədiyi göstərilib.
 

Bunun ardınca yayılan məlumatlarda bazarın 2026-cı ilin sonu üçün USD/TRY gözləntisini 51,66 lirəyə, 12 aylıq gözləntisini isə 57,43 lirəyə qaldırdığı bildirilir. Bu, lirənin qarşıdakı dövrdə də tədricən dəyər itirəcəyinə dair gözləntilərin gücləndiyini göstərir.


Digər tərəfdən, TCMB avqustun 13-də açıqladığı İnflyasiya Hesabatında 2026-cı ilin sonu üçün inflyasiya proqnozunu əvvəlki 24%-dən 28%-ə yüksəldib. Beləliklə, mərkəzi bankın proqnozu ilə bazarın gözləntisi arasında da fərq yaranıb: bazar inflyasiyanın ilin sonunda təxminən 29,4% olacağını düşünür.

Lirəni dəstəkləyən əsas amil isə yüksək faiz dərəcələridir. TCMB-nin siyasət faizi hazırda 37% səviyyəsindədir və bazar mərkəzi bankın pul siyasətini tədricən yumşaldacağını gözləyir. Faizlərin yüksək qalması lirəyə müəyyən dəstək versə də, inflyasiya gözləntilərinin yüksək olması və məzənnənin tədricən yüksəlməsi valyuta üzərində təzyiqi saxlayır. (Banker.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin