Ukraynalı boksçu Usik Trampla görüşdü

Hazırda oxunan: Ukraynalı boksçu Usik Trampla görüşdü

619119

Ağır çəkili boks üzrə çempion Oleksandr Usik Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Marqo Martin "X" sosial şəbəkəsində məlumat yayıb.
 

Qeyd edək ki, bu ilin mart ayında Usik Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan etmişdi. O, daha bir neçə il boks rinqlərində mübarizə aparmağı, daha sonra isə dövlət üçün çalışmağı planlaşdırdığını açıqlayıb.


Ötən ay ukraynalı boksçu Niderland təmsilçisi Riko Verhuven üzərində qələbə qazanıb. On raundun yekununa görə hakimlərin xal hesabında geridə olan Usik döyüşün taleyini 11-ci raundda həll edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin