Ağabala Ramazanov: "Gəncəyə qələbə qazanmaq üçün gedirik"

Hazırda oxunan: Ağabala Ramazanov: "Gəncəyə qələbə qazanmaq üçün gedirik"

618302

"Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq".

Bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov "Kəpəz"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı hücumçu bildirib ki, komandasını çətin səfər oyunu gözləyir: "Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar fasilə yarandı. Biz də bundan istifadə edərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. "Kəpəz"lə oyun öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik".

Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Kəpəz" - "Səbail" oyunu saat 15:30-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin