“Qarabağ”ın 8 legioneri sonuncu turda iştirak etməyəcək

Hazırda oxunan: “Qarabağ”ın 8 legioneri sonuncu turda iştirak etməyəcək

614461

“Qarabağ”ın bir çox legioneri Misli Premyer Liqasının 33-cü – son turunu gözləmədən ölkələrinə gedib.

Bizim.Media xəbər verir ki, baş məşqçi Qurban Qurbanov onlara daha çox dincəlmək üçün şərait yaradıb.

Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Ağdam klubunun oyunçuları təlim-məşq toplanışına tez başlayacağı üçün çalışdırıcı bu addımı atıb.

Onların Çempionlar Liqası və çempionatda çoxsaylı oyunlar keçirdiyini nəzərə alan mütəxəssis istirahət üçün futbolçulara icazə verib.

“Qarabağ”ın son turda “Sumqayıt”la matçı da formal xarakter daşıyacaq. Kamilo Duran, Leandro Andrade, Marko Yankoviç, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Kadi Borges, Abdulla Zubir artıq klubun düşərgəsindən ayrılıb və öz ölkələrinə yollanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin