Maurinyo gələn həftə “Real”ın baş məşqçisi təyin olunacaq

Hazırda oxunan: Maurinyo gələn həftə “Real”ın baş məşqçisi təyin olunacaq

614432

Portuqaliyalı məşqçi Joze Mourinyo “Real Madrid”lə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Məlumata görə, menecerin “Kral Klubu” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
 

Mənbə qeyd edib ki, müqavilə artıq imzalanıb və hazırda qüvvədədir. Mourinyonun gələn həftə Madridə gələcəyi bildirilir.


Joze Mourinyo “Real Madrid”i 2010-cu ilin iyulundan 2013-cü ilin iyun ayına qədər idarə edib.

Portuqaliyalı məşqçi "Real Madrid"dən ayrıldıqdan sonra “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma”, “Fənərbağça” və “Benfika”da çalışıb. 2025/2026 mövsümündə onun komandası Portuqaliya liqasında 23 qələbə, 11 heç-heçə və heç bir məğlubiyyət əldə etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin