“Araz-Naxçıvan”ın yarımmüdafiəçi Çarles Boli karyerasını növbəti mövsümdə də Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legioner “Neftçi“nin transfer siyahısında yer alıb.
“Ağ-qaralar” mövsümün sonunda 1 illik müqavilə müddəti bitmək üzrə olan fransızla danışıqlar aparır. Baş məşqçi Yuri Vernidub israrla Bolinin keçidinin reallaşmasına çalışır.
Qeyd edək ki, Boli karyerası ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. O, ötən mövsümün əvvəlindən “Araz Naxçıvan”nın şərəfini qoruyur.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:43 / 18.05.2026
Çarles Boli “Neftçi”nin transfer HƏDƏFİNDƏ
Hazırda oxunan: Çarles Boli “Neftçi”nin transfer HƏDƏFİNDƏ
Hazırda oxunan: Çarles Boli “Neftçi”nin transfer HƏDƏFİNDƏ
613829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































