“Dinamo”nun hücumçusu millimizə cəlb edilə bilər

Hazırda oxunan: “Dinamo”nun hücumçusu millimizə cəlb edilə bilər

613670

Uzun müddətdir ki, AFFA-nın diqqət mərkəzində olan Yusuf Mehtiyev U-21 yığmamıza cəlb edilə bilər.

Bizim.Media xəbər verir ki, artıq “Dinamo”(Tbilisi) klubunun hücumçusunu yığma komandamızın məşqçilər korpusu yaxından izləyir.
 

Həmyerlimiz müqavilə ilə Gürcüstanın tanınmış klubuna məxsus olsa da, yüksək liqada iştirak edən “Meşaxte”də icarə əsasında oynayır. 20 yaşlı hücumçu dekabrın 31-ə qədər hazırkı komandasında çıxış edəcək.


Onun U-21 yığmamızın növbəti toplanışlarına cəlb edilməsi yönündə işlər aparılır.

Qeyd edək ki, Mehtiyevin əvvəllər də U-17 və U-19 yığmalarımıza cəlb edilmək şansı yüksək olub. Lakin ona pasport verilməsi mümkün olmadığından yığma komandalarımızda oynaya bilməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin