“Trabzonspor” ukraynalı futbolçu ilə anlaşdı

Hazırda oxunan: “Trabzonspor” ukraynalı futbolçu ilə anlaşdı

613574

Mövsümün sonunda "Cenoa" ilə müqaviləsi başa çatan Ruslan Malinovski karyerasını Türkiyədə davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Trabzonspor" ukraynalı futbolçu ilə anlaşıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi Super Liqa nəhəngi ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ruslan Malinovski 2024-cü ilin yanvarından "Cenoa"da çıxış edir. Ukrayna millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heeyətində meydana çıxdığı 34 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin