Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və //bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
“Palms Sports Arena”nın kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş azarkeşlərin bu matça girişi sərbəst olacaq.
Xatırladaq ki, matç aprelin 30-u, saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək. (qol.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
18:44 / 27.04.2026
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Hazırda oxunan: “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Hazırda oxunan: “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
609713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































