Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.
Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.
Beləliklə, Avropa çempionatının altıncı günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar. Daha əvvəl İslam Bazarqanov qızıl medal sahibi olub.
Xatırladaq ki, sabah Azərbaycanın 4 sərbəst güləşçisi - Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda yarışacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:32 / 25.04.2026
Cəbrayıl Hacıyev bürünc medal qazandı
Hazırda oxunan: Cəbrayıl Hacıyev bürünc medal qazandı
Hazırda oxunan: Cəbrayıl Hacıyev bürünc medal qazandı
609347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































