Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

Hazırda oxunan: Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

608042

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu yarımfinalda niderlandlı Simeon Katarinaya məğlub olaraq üçüncülük uğrunda görüşə vəsiqə qazanıb.
 

Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə yarışı mükafatsız başa vurublar.


Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıblar.

Turnirə bu gün yekun vurulacaq.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin