Əlilliyi olan şəxslər paralimpiya idman növlərinə cəlb olunur

Hazırda oxunan: Əlilliyi olan şəxslər paralimpiya idman növlərinə cəlb olunur

607991

Bölgələrdə yaşayan, idmanla məşğul olan yeniyetmə və gənclərin potensialından istifadə imkanları araşdırılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu məqsədlə ilk görüş Qax rayonunda təşkil olunub.

Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin, Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin, Respublika Olimpiya İdman Liseyinin Qax şöbəsinin və Qax Olimpiya Kompleksinin rəhbərlərinin, məşqçi-müəllimlərin, həmçinin Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala Regional Filialının əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə bu sahədə mövcud imkanların səfərbər olunması müzakirə edilib.

Bildirilib ki, əlilliyi olan şəxslərin idmana marağının artırılması, paralimpiya idman növlərinin təbliği və təşviqi, eləcə də idman vasitəsilə sosial inteqrasiyanın gücləndirilməsi dünyada olduğu kimi, ölkəmizdə də prioritet istiqamətlərdən biridir.

Bu baxımdan, əlilliyi olan yeniyetmə və gənclərin bacarıq və imkanlarının araşdırılması, onların müvafiq məşqçi və müəllimlərlə təmin olunaraq yarışlara cəlb edilməsi vacib hesab olunur.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin