“Mançester Siti” çempionluq medallarını satışa çıxardı

Hazırda oxunan: “Mançester Siti” çempionluq medallarını satışa çıxardı

607907

İngiltərə təmsilçisi “Mançester Siti”nin 2022/23 mövsümündə qazandığı tarixi “trebl” medalları açıq hərraca çıxarılır.

Bizim.Media xəbər verir ki, tanınmış idman suvenirləri hərrac evi “Budds” ümumilikdə beş medaldan ibarət kolleksiyanın bu ayın sonunda satışa çıxarılacağını təsdiqləyib.

Dəst aprelin 27-də keçiriləcək “Made In Manchester Live” hərracında təqdim olunacaq. Satışın arxasındakı şəxsin kimliyi gizli saxlanılır.

Bura Premyer Liqa, FA Kuboku və Çempionlar Liqası medalları, həmçinin 2023-cü ildə qazanılan UEFA Superkuboku və FIFA Klublararası Dünya Kuboku uğurlarına aid daha iki medal daxildir.

Hərracın start qiyməti təxminən 38 min dollar təşkil edir. Lakin yekun qiymətin 65–100 min dollar aralığında dəyişəcəyi gözlənilir. (bakıvaxtı.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin