Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı – VİDEO

Hazırda oxunan: Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı – VİDEO

213650
Braziliyada meydandan doqquz futbolçunun kənarlaşdırılmasından sonra hakim matçı dayandırıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kuryoz hadisə Baya ştatının çempionatı çərçivəsində “Vitoriya” və “Baya” komandaları arasında keçirilən matçda qeydə alınıb.

Penaltinin təyin olunmasından sonra ot örtüyü döyüş meydanına çevrilib. Kütləvi dava nəticəsində beş futbolçu geyinib-soyunma otağına göndərilib.

Matç ərzində əsəblər tarıma çəkilib, bəzi futbolçuların hirsi soyumayıb. Bir neçə dəqiqədən sonra daha iki futbolçu (hər klubdan bir futbolçu) oyundan kənarlaşdırılıb.

Əsas vaxtın başa çatmasına 13 dəqiqə qalmış “Vitoriya” iki futbolçusunu itirib və meydanda cəmi altı futbolçusu qaldığından, hakim matçı dayandırmaq məcburiyyətində qalıb.(oxu.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin